SON XƏBƏRLƏR

Ölkənin taleyi ilə bağlı Suriya xalq qərar verəcək - İran Prezidenti

2024.12.09, 10:16
Ölkənin taleyi ilə bağlı Suriya xalq qərar verəcək - İran Prezidenti

Suriyanın gələcəyi, siyasi və hökumət sistemi ilə bağlı qərar verən Suriya xalqı olmalıdır.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Suriyada hərbi münaqişənin sona çatacağı və bu ölkə xalqının öz müqəddəratını təyinetmə hüququ əldə edəcəyinə ümid edirik",- o qeyd edib.

O, Suriya cəmiyyətinin müxtəlif təbəqələri arasında dialoqun lazım olduğunu deyib.

Qeyd edək ki, 3 əvvələ kimi Məsud Pezeşkian da başqa İran rəsmiləri kimi Bəşər Əsədi dəstəklədiklərini bildirirdi.

İran rəsmilərinin mövqelərində kəskin dəyişikliklə yanaşı, bu ölkənin rəsmi mediası və siyasətçilərinin də hadisələrlə bağlı ifadləri dəyişib.

3 gün əvvələ kimi Əsəd müxaliflərini "terrorçu" adlandıran İranın dövlət mediası və siyasətçiləri, indi onları "müxalif qruplar", "silahlı birləşmələr" adlandırırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar