SON XƏBƏRLƏR

İranın azadlığı düşündüyünüzdən də tez baş verəcək - Netaniyahu

2024.12.13, 11:00
İranın azadlığı düşündüyünüzdən də tez baş verəcək - Netaniyahu

Açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə sülhün tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz - İran xalqı bunu bilirsiniz.

Gunaz.tv

Bunu İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına videomüraciətində deyib.

"Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq, bu sizin düşündüyünüzdən də tez baş verəcək", - Netanyahu qeyd edib.

Netanyahu xatırladıb ki, İran hakimiyyəti Qəzzada HƏMAS-ı dəstəkləmək üçün milyardlarla dollar xərcləyib, lakin bu gün Həmas “xarabalığa” çevrilib.

"İran hökuməti Livanda Hizbullaha dəstək üçün 20 milyard dollardan çox vəsait xərcləyib, lakin bu qrupun çoxlu sayda liderləri və qüvvələri cəmi bir neçə həftə ərzində İsrailin hücumları nəticəsində həlak olub",- baş nazir bildirib.

Mesajını davamında Netanyahu İran hökumətinin bölgədəki siyasətlərinin uğursuzluğuna toxunaraq deyib: "Zalimlərın sizdən oğurladıqları pullar sözün əsl mənasında tüstüləndi və havaya qalxdı".

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar