SON XƏBƏRLƏR

Təbrizli fəallar həbs edilib

2024.12.16, 10:03
Təbrizli fəallar həbs edilib

Dekabrın 16-də SEPAH-ın kəşfiyyat bölməsinin məmurları Təbrizdə iki milli fəalı həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, SEPAH üzvləri Nima Radməneş və Hüseyn İsmayılzadənin yaşadığı evə hücum ediblər.

Heç bir məhkəmə qərarı təqdim etmədən evə girən məmurlar fəalları özləri ilə aparıblar.

Məlumata görə, Nima Radmenşin atası Əli Radmenşin həbsi nəzərdə tutulsa da, o evdəolmadığı üçün oğlu saxlanılıb.

Fəalların ittihamları və hara aparıldıqları barədə ailələrinə məlumat verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar