SON XƏBƏRLƏR

İranda 48 məhbus edam edilib

2024.12.16, 13:26
İranda 48 məhbus edam edilib

Son 5 gün ərzində İranın 11 şəhərinin həbsxanalarında 48 məhkumun edam hökmü yerinə yetirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Ən çox edam Kərəc şəhərinin Qızılhisar həbsxanasında baş verib və burada eyni vaxtda 10 məhbus dar ağacından asılıb.

Onlar narkotik maddələrinin alveri və adam öldürməkdə günahlandırılblar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.

GünazTV  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar