SON XƏBƏRLƏR

Rusiya-Ukrayna savaşında son sutkada yaşananlar

2024.12.16, 13:29
Rusiya-Ukrayna savaşında son sutkada yaşananlar

Gunaz.tv

• Rusiya bir gecədə 49 PUA ilə Ukraynaya hücum edib, Ukrayna ordusu bildirib ki, onun hərbi hava qüvvələri 27 pilotsuz təyyarəni vurub, 19-nun isə izini itirib.

• Ukrayna hərbi kəşfiyyatı bildirib ki, onun qoşunları Ukraynanın ələ keçirdiyi Kursk vilayətinin Plexovo, Vorojba və Martınovka kəndləri yaxınlığında Rusiya tərəfindən yerləşdirilən ən azı 30 Şimali Koreya əsgərini öldürüb və ya yaralayıb.

• Rusiya hərbçiləri Ukraynanın şərqindəki Donetsk vilayətinin Şevçenko kəndini ələ keçiriblər. Bu barədə bazar ertəsi TASS dövlət xəbər agentliyi məlumat yayıb. İddianın doğruluğunu yoxlamaq hələki mümkün olmayıb.

• Rusiya Müdafiə Nazirliyi qüvvələrinin Donetskdə Veseliy Hay və Puşkino kəndlərində nəzarəti ələ keçirdiyini bildirib. Nazirlik daha sonra  Rusiya qüvvələrinin dörd Patriot hava hücumundan müdafiə sistemini məhv etdiyini açıqlayıb.

• Ukraynanın təhlükəsizlik xidməti hazırda təxminən 70 faiz Rusiyanın nəzarətində olan Zaporojiya bölgəsində rus qoşunlarına yanacaq daşıyan 40 vaqonun məhv edilməsi əməliyyatına başladığını bildirib.

• Ukraynaya məxsus pilotsuz uçan aparat bazar günü Rusiyanın Çeçenistan bölgəsində Rusiya Milli Qvardiyasına məxsus kampusa zərbə endirib, Çeçenistan lideri Ramzan Kadırov Axmat Qroznı çevik polis batalyonuna məxsus ərazinin vurulduğunu təsdiqləyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar