SON XƏBƏRLƏR

Tümən kəskin ucuzlaşdı

2024.12.16, 15:00
Tümən kəskin ucuzlaşdı

İranın milli valyutası rialın məzənnəsi ABŞ dollarına nisbətdə bu gün daha 3% ucuzlaşaraq, yeni tarixi minimuma - 760 min riala (76 min tümən) düşüb.

Gunaz.tv

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

Bununla yanaşı yevronun da qiyməti artaraq 79 min 800 tümənə, Azərbaycan manatının qiyməti isə 44 min 600 tümənə çatıb.

Qeyd edək ki, rialın ucuzlaşması Donald Trampın ABŞ prezident seçkilərində qələbə çalmasından sonra sürətlənib. 

Belə ki, Tramp İrana “maksimum təzyiq” edəcəyini elan etməsinin ardınca noyabr ayından rial sürətlə ucuzlaşmağa başlayıb.

Bununla yanaşı Əli Xaməneinin də dekabrn 11-də "bölgədə müqavimət cəbhəsinin güclənəcəyi" ilə bağlı iddiası gərginliyin artması ehtimalı ilə yanaşı dolların da qiymətinin bahalaşmasına səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar