SON XƏBƏRLƏR

Livanlı partiya sədri: "Onlar İsraillə sülh bağlamalıdırlar."

2024.12.16, 14:52
Livanlı partiya sədri: "Onlar İsraillə sülh bağlamalıdırlar."

İslam Respublikası cərəyanının tərəfdarı kimi tanınan Viam Vəhhab bir sıra gözlənilməz açıqlamalar verib.

Gunaz.tv

Livan Dürzü partiyasının sədri olan Viam Vəhhab Liavn televiziyasına verdiyi müsahibəsində İsrail ilə sülh bağlanılmalı olduğunu bildirib.

İslam Respublikası cərəyanının tərəfdarı kimi tanınan Viam Vəhhab bir sıra gözlənilməz açıqlamalar verərək İran dəstəkli qruplaşmaları tənqid edib.

"Şiələrə məsləhət görürəm, gedib İsrail ilə barışsınlar və imkan versinlər, hamımız xoşbəxt yaşayaq" - deyə o bildirib.

"Açıq danışacağam, İsrail və ərəblər məsələsi müzakirə edilməlidir bu xalq (ərəblər) artıq İsrail ilə savaşmaq istəmir. Müharibə artıq 70 ildir davam edir."- deyə Viam Vəhhab əlavə edib.

 

 - Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar