SON XƏBƏRLƏR

Rusiya-Ukrayna savaşında son sutka ərzində yaşananlar

2024.12.17, 12:13
Rusiya-Ukrayna savaşında son sutka ərzində yaşananlar

Rusiya-Ukrayna savaşının 1027-ci günündə baş verən əsas olaylar.

Gunaz.tv

♦ Ukraynanın prezidenti Vladimir Zelenski X sosial şəbəkəsindəki paylaşımında Rusiyanın Şimali Koreya personalının itkilərini gizlətməyə çalışdığını bildirib.

♦ Pentaqonun sözçüsü general-mayor Pat Ryder jurnalistlərə deyib ki, Birləşmiş Ştatların əldə etdiyi məlumatlara görə Şimali Koreya əsgərləri Kurskda döyüşlərə girib və onlar arasında ölən və yaralananlar var.

♦ "Associated Press" bildirdiyinə görə Kremlin sözçüsü Dmitri Peskov Şimali Koreya hərbçilərinin döyüşlərdə ölməsi ilə bağlı sualları Rusiyanın Müdafiə nazirliyinə istiqamətləndirərək suala cavab verməkdən yayınıb.

♦ Rusiyanın müdafiə naziri Andrey Belousov iddia edib ki, Rusiya qüvvələri bu il ümumilikdə Ukrayna ərazisinin təxminən 4500 kvadrat kilometrini ələ keçirib və hazırda hər gün təxminən 30 kvadrat kilometr əlavə ərazi Rusiyanın nəzarətinə keçir.

♦ Ukraynanın baş naziri Denis Şmuxal Telegram şəbəkəsində paylaşım edərək bildirib ki, Ukraynanın Rusiya qazını öz ərazisi ilə Avropaya daşınmasına icazə verməsi 2025-ci il yanvarın 1-dən etibarən başa çatır və bu müddət uzadılmayacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar