SON XƏBƏRLƏR

Məktəblər və iş yerləri dörd gün ardıcıl bağlı elan edilib

2024.12.18, 12:08
Məktəblər və iş yerləri dörd gün ardıcıl bağlı elan edilib

İranda enerji qıtlığı böhranı davam etdiyi üçün bir çox əyalətlərdə məktəblər və ofislər dörd gündür bağlıdır.

Gunaz.tv

Əyalət rəhbərliyinin verdiyi açıqlamaya görə, Tehran, Əlburz, İlam, Hörmüzqan, Mərkəzi, Luristan, Fars, Yəzd, Həmədan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Şimali Xorasan, Şərqi Azərbaycan, Mazandaran, Semnan, Sistan və Bəlucistan, Qəzvin, Zəncan, Ərdəbil, Kürdüstan, İsfahan, Qum, Kirmanşah, Qərbi Azərbaycan və Gülüstan əyalətlərindəki məktəblər və ofislər bağlı elan edilib.

Bunun səbəbi havaların soyuq keçməsi və ölkədə yaşanan qaz qıtlığına görə məktəblərin yaxşı isidilə bilməməsidir.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar