SON XƏBƏRLƏR

HƏMAS-ın əsir götürdüyü şəxslərin taleyi müzakirə olunacaq

2024.12.18, 14:19
HƏMAS-ın əsir götürdüyü şəxslərin taleyi müzakirə olunacaq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşəcək.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.

Börnsün gün ərzində Qətərə səfəri gözlənilir.

Qeyd olunub ki, paytaxt Dohada baş tutacaq görüşün əsas məqsədi, 1 ildən çoxdur ki, İsrailə qarşı müharibədə HƏMAS qruplaşması tərəfindən əsir götürülən şəxslərin azad edilməsidir.

Danışıqlar zamanı İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsinə dair müzakirələrin də aparılacağı bildirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar