SON XƏBƏRLƏR

Rusiyanın Baş Qərargah rəisi: Rusiya Amerikanın eskalasiyasına cavab verəcək

2024.12.18, 15:38
Rusiyanın Baş Qərargah rəisi: Rusiya Amerikanın eskalasiyasına cavab verəcək

Rusiya Federasiyası təhlükəsizlik təhdidlərinin qiymətləndirilməsi əsasında Amerikanın eskalasiyasına cavab verəcək.

Gunaz.tv

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib.

O, Amerikanın eskalasiyasına cavab olaraq "Oreşnik"in sınağının həyata keçirildiyini xatırladıb.

Gerasimov 30-dan çox ölkənin Ukraynaya hərbi məhsullar tədarük etdiyini açıqlayıb. O, bu ölkələrdən əsaslarının Amerika, Böyük Britaniya, Almaniya, Fransa və Danimarka olduğunu söyləyib.

"Ukraynaya ümumi xarici maliyyə yardımı 350 milyard dollardan çox təşkil edib ki, bunun da 170 milyard dolları hərbi ehtiyaclar üçün olub. 165 mindən çox ukraynalı hərbçi NATO standartları üzrə təlim keçib", - deyə RF Baş Qərargah rəisi vurğulayıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar