SON XƏBƏRLƏR

11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib

2024.12.18, 16:57
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib

Dekabrın 8-də Baas rejiminin çökməsi ilə uçuşlara bağlanan Dəməşq Hava Limanı hazırlıqlar tamamlandıqdan sonra yenidən fəaliyyətə başlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə TASS-a dispetçer xidmətindən məlumat verilib.

"Suriya Hava Yolları” milli aviadaşıyıcısının Hələbə uçuşu həyata keçirilib", - agentliyin həmsöhbəti deyib.

Daha əvvəl bildirilmişdi ki, Dəməşq beynəlxalq hava limanının xüsusi icazə ilə təyyarələrin qəbulu və uçuşu üzrə fəaliyyəti 24 dekabr axşamına qədər uzadılıb. Hazırda dispetçerlərin yaydığı məlumatlara əsasən, bu cür məhdudiyyət qüvvədə qalır. Hələb hava limanı hələ də eyni rejimdə işləyir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar