SON XƏBƏRLƏR

Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2024.12.19, 11:36
Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Amerika Maliyyə Nazirliyi iki şəxsə və iki təşkilata İran üçün həssas naviqasiya sisteminin hissələrinin hazırlanması və təchizatında iştirak etdiklərinə görə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Bununla yanaşı Amerika Dövlət Departamenti də SEPAH Aerokosmik Qüvvələri komandirinin müavini Hüseyn Məcid Musəvin İftixari, 
Çekad Sənət Fəraz Asia şirkəti və Səd Saze Fəraz Sharif şirkətlərinin adlarını sanksiyalar siyahısına salıb.

Amerika Dövlət Departamentinin sözçüsü Metyu Miller , sanksiyalarla bağlı verdiyi bəyanatda Amerikanın  İranın regionda və dünyada silahlarını genişləndirməsindən narahatlığını davam etdirdiyini bildirib.

"Bugünkü sanksiyalar İranın silahlı pilotsuz təyyarələr və ballistik raketlərin təhlükəli yayılmasının qarşısını almaq üçün Amerikanın davamlı səylərinin bir hissəsidir",- Miller qeyd edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar