SON XƏBƏRLƏR

Suriyada insanlıq faciəsi: "Nə dirisini tapa bilirik, nə də ölüsünü"

2024.12.19, 15:27
Suriyada insanlıq faciəsi: "Nə dirisini tapa bilirik, nə də ölüsünü"

Suriyanın paytaxtı Dəməşqdəki Sedyana həbsxanasına gələn suriyalılar ətrafa səpələnmiş həbsxana sənədlərinə baxaraq itkin düşmüş şəxslərin izlərini axtarırlar.

Gunaz.tv

GünazTV "İlhas Haber Ajansı"-na istinadla xəbər verir ki, Əsədin “insan qəssabxanası” adlandırılan Sednaya həbsxanasında sağ qalmağı bacaran məhbuslar illər sonra azadlığa buraxılıb.

İtkin qohumlarını axtaranlar həbsxanaya gəlməkdə davam edir. Ailələr həbsxananın ətrafına səpələnmiş sənədlərdə yaxınlarının izlərini axtarırlar.

Qardaşı Mahmudu axtaran Həsən Tahder bildirib ki, “Qardaşımın nə cəsədini, nə də dirisini tapa bildik. Mən onun harada olduğunu öyrənməyə çalışıram".

Sənədlərdə 2 qardaşının izini tapmağa çalışan Əhməd Əl Qahir "13 ildir ki, 2 qardaşımı axtarıram. Nə onun cəsədini, nə də dirisini tapdıq. Mən buradakı sənədlərə baxaraq onlara çatmağa çalışıram."

Müxalif qrupların Əsəd rejimini devirməsindən sonra sərbəst buraxılan məhbuslardan bəzilərinin müalicəsi davam edir.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar