SON XƏBƏRLƏR

Pezeşkianla Ərdoğan tərcüməçisiz danışdı

2024.12.19, 16:09
Pezeşkianla Ərdoğan tərcüməçisiz danışdı

Misirin paytaxtı Qahirədə keçirilən D8 liderlərinin 11-ci Zirvə Toplantısında İran və Türkiyə Prezidentləri Məsud Pezeşkian və Rəcəb Təyyib Ərdoğan görüşüblər.

Gunaz.tv

Bu barədə beynəlxalq mediada məlumat və videolar yayılıb.

İclasdan qabaq iki ölkənin türk dövlət başçılarının qısa müddətli ayaqüstü görüşü xüsusilə Güney Azərbaycana aid sosial media şəbəkəsində geniş yayılıb.

Bir sıra azərbaycanlı sosial media istifadəçiləri dövlət başçılarının tərcüməçi olmadan türkcə danışdıqlarını bildirib, bundan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, D8 liderlərinin 11-ci Zirvə Toplantısı çərçivəsində Məsud Pezeşkian və Rəcəb Təyyib Ərdoğanın rəsmi görüşlərinin baş tutacağı bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar