SON XƏBƏRLƏR

Ərdoğan Suriyaya səfər edəcək

2024.12.20, 13:12
Ərdoğan Suriyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Şama səfər edəcək.

Gunaz.tv

Belə bir iddianı Türkiyə mediası Şamdakı mənbələrə əsasən yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ərdoğanın Əhməd Hüseyn Eş-Şaara və Suriya türkmanları ilə görüşü gözlənilir.

Həmçinin, Türkiyə liderinə görə, Həma, Xüms və İdlib xətti boyunca həm havadan, həm də qurudan fövqəladə mühafizə qalxanı yaradılacaq. Türkiyəyə məxsus radarlar işə salınaraq bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar