SON XƏBƏRLƏR

Rusiya ilə Ukrayna arasında cəsədlərin mübadiləsi həyata keçirildi

2024.12.21, 11:54
Rusiya ilə Ukrayna arasında cəsədlərin mübadiləsi həyata keçirildi

GünazTV Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ukrayna 503 cəsəd, Rusiya isə 42 cəsəd təhvil alıb.

Gunaz.tv

Bu həyata keçirilən 12-ci cəsədlərin mübadilə tədbirləri idi. Əvvəlki iki mübadilə kimi bu mübadilə də Belarusun Qomel vilayətində baş tutub və yenə də qeyri-bərabər nisbət 503-ə 42 idi. Bu qeyri-bərabərlik əsasən itkilərin sayında ciddi fərqlə bağlıdır. Bu səbəbdən Rusiya tərəfi öz itkilərinin qohumlarına tez bir zamanda çatdırılması, eləcə də ukraynalı hərbçilərin cəsədləri ilə dolu sərhədyanı morqları boşaltmaq üçün daha çox cəsəd qaytarmağa məcbur olur.

2024-cü ilin noyabr ayına olan məlumata görə, Rusiya morqlarında (Belqorod, Rostov və Kursk bölgələrində) 8000-dən çox Ukraynalı hərbçinin cəsədi saxlanılır. Bəzi cəsədlər medalyonlara görə tanınır, lakin əksəriyyəti hələ də naməlum olaraq qalır. Ekspertlər bu cəsədlərin tam identifikasiyası üçün ən azı üç il lazım olacağını bildiriblər.

Buna baxmayaraq, soyuducu maşınlarla cəsədlər yaxınlıqdakı morqlara daşınır. Ancaq yer çatışmazlığı səbəbindən cəsədlər Rostov-na-Donuya göndərilir. Orada bu məqsədlə xüsusi anbarlar tikilib. Bu anbarlara artıq 5000-dən 8000-ə qədər cəsəd çatdırılıb. Onların təxminən 4000-i tanınıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar