SON XƏBƏRLƏR

Amerika: Suriyanın yeni rəhbərliyinin bəyanatlarını alqışlayırıq

2024.12.21, 11:58
Amerika: Suriyanın yeni rəhbərliyinin bəyanatlarını alqışlayırıq

Amerika Suriyanın yeni hakimiyyət orqanlarından konkret addımlar gözləyir, eləcə də ölkənin yeni hakimiyyət orqanlarının bəyanatlarını alqışlayır.

Gunaz.tv

GünazTV Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif deyib.

“Mən, həmçinin Əhməd əl-Şaraa da daxil olmaqla müvəqqəti hakimiyyət nümayəndələri ilə Amerika və Aqabadakı regional tərəfdaşlarımız tərəfindən razılaşdırılmış bir sıra prinsipləri müzakirə etmək üçün görüşdüm. Biz ümidverici bəyanatları alqışlayırıq və sadəcə sözlərlə deyil, fəaliyyətdə də bu prinsiplər üzrə irəliləyişi gözləyirik”, - deyə Lif bildirib.

O əlavə edib ki, Vaşinqton Dəməşqə keçid dövründə inklüzivliyin və geniş məsləhətləşmələrin vacibliyi barədə mesaj göndərib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar