SON XƏBƏRLƏR

Amerika rəsmiləri Əhməd Əş-Şara ilə görüşdü

2024.12.21, 12:01
Amerika rəsmiləri Əhməd Əş-Şara ilə görüşdü

GünazTV xəbər verir ki, Amerika rəsmiləri, Suriyada yeni qurulan müxalifət hökumətinin lideri Əhməd Əş-Şara ilə görüş keçiriblər. Görüşün “yaxşı və əhatəli” keçdiyi bildirilib.

Gunaz.tv

Qeyd edək ki, Əhməd Əş-Şara Amerika tərəfinən axtarılan terroristlər siyahısında olub. Amerika bir zamanlar onun başına 10 milyon dollar mükafat təyin etmişdi. Görüşdən sonra Amerika Dövlət Departamentinin bəyanatında bildirilib ki, təyin edilmiş 10 milyon dollar mükafat və Əhməd Əş-Şara haqqında həbs orderi ləğv ediləcək. 

ABŞ-nin Yaxın Şərq işləri üzrə dövlət katibinin köməkçisi Barbara Lif Dəməşqdə Əhməd Əş-Şara ilə keçirilən görüşdə iştirak edib. Bu görüşün nəticəsi olaraq, ABŞ tərəfi HTŞ lideri ilə əldə olunan anlaşmanın qarşılığında onun yeri barədə məlumat üçün nəzərdə tutulmuş mükafatı geri çəkəcəyini bildirib.

Qeyd edək ki, HTŞ hələ terror təşkilatı kateqoriyasında yer alır. Lakin, mediada yayılan bəzi iddialar görə, Amerika rəsmiləri HTŞ-ın terror siyahısından çıxarılmasını müzakirə edir. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar