SON XƏBƏRLƏR

İran Suriya məğlubiyyətinə bəraət qazandırır

2024.12.21, 12:26
İran Suriya məğlubiyyətinə bəraət qazandırır

İran hökuməti Suriyadakı məğlubiyyətinə bəraət qazandırmaq üçün Bəşər Əsədi Tehranın tövsiyələrini dinləməməkdə ittiham edib.

Gunaz.tv

Bu qəbildən olan bəyanatlardan birini İranın xarici işlər naziti Abbas Əraqçı səsləndirib.

“Bəşar Əsəd bizim tövsiyələrimizi dinləməkdən imtina etdi”,- o, Qahirədə Əlqəd telekanalına müsahibəsində iddia edib. 

O deyib ki, Tehran Əsədə İdlibdə müxalifətin hərəkətləri ilə bağlı xəbərdarlıq etsə də, Suriya hökuməti müstəqil qərarlar verib və məsləhətlərə əhəmiyyət verməyib.

Abbas Əraqçı Tehran rəsmilərinin “İranın heç vaxt Suriya hökumətinin xalq və müxalifətlə ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə qarışmadığı” barədə iddialarını yenidən təkrarlayıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar