SON XƏBƏRLƏR

İran bu sahədə ilk yeri tutur

2024.12.21, 13:59
İran bu sahədə ilk yeri tutur

2023-cü ildə İranda 800-dən çox məhbus edam edilib və bu sahədə İran dünya ölkələri üzrə birincinyeri tutub.

Gunaz.tv

Bu barədə Vaşinqtonda yerləşən Ölüm Cəzası Məlumat Mərkəzinin hesabatında bildirilib.

Hesabata görə, qeydə alınmış statistikaya əsasən, İrandan sonrakı pillələrdə 303 edamla Səudiyyə Ərəbistanı, 94 edamla İraq, 32 edamla Şimali Koreya və 25 edamla ilə Amerika qərarlaşıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına kimi İran həbsxanalarında 811 məhbusun edam hökmü yerinə yetirilib.

2024-cü ilin əvvəlindən bu gün kimi isə İran həbsxanalarında edam edilənlərin sayı 2023-cü ildəkindən çoxdur.

GünazTV  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar