SON XƏBƏRLƏR

Suriyanın yeni xarici işlər naziri təyin edilib

2024.12.21, 15:44
Suriyanın yeni xarici işlər naziri təyin edilib

GünazTV APA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Gunaz.tv

Əsəd Həsən Əl-Şeybani Suriyanın yeni hökumətində xarici işlər naziri təyin olunub.

Qeyd edək ki, hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur. Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək. Müvəqqəti hökuməti baş naziri vəzifəsini icra edən şəxs Məhəmməd əl-Bəşirdir.

 

“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlaması zamanı bildirmişdir.

O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, məlumata görə, Əsəd Həsən Əl-Şeybani Türkiyədə təhsil alıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar