SON XƏBƏRLƏR

Hakan Fidan Dəməşqdə çıxış edib: “Suriyada PKK-ya yer yoxdur”

2024.12.23, 12:12
Hakan Fidan Dəməşqdə çıxış edib: “Suriyada PKK-ya yer yoxdur”

Türkiyə Xarici işlər naziri Hakan Fidan Dəməşqdə yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüşüb.

Gunaz.tv

GünazTV xəbər verir ki, Türkiyə dekabrın 8-də Suriyada Əsəd rejiminin devrilməsindən sonra bölgədə baş verənləri diqqətlə izləyir. Bu çərçivədə dekabrın 22-də Ankaradan Dəməşqə yüksək səviyyəli səfər baş tutub.

Xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Xarici işlər naziri Hakan Fidan və Suriyadakı yeni administrasiyanın lideri Əhməd əl-Şara görüşdən sonra birgə mətbuata açıqlama veriblər.

"Mən bu gün Dəməşqdə olmaqdan məmnun olduğumu bildirmək istərdim. Son 14 illik azadlıq mübarizəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Sizə türk xalqının və prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırdım.

14 il sizim sevinciniz bizim sevincimiz, kədəriniz bizim kədərimiz oldu. Türkiyə olaraq tarixin doğru tərəfində olmaqdan qürur duyuruq. Mən bu gün Dəməşqdəyəm, çünki bu gün də sizi ən qaranlıq günlərinizdə olduğu kimi tək qoymadıq.

Suriyanın ərazi bütövlüyü ilə bağlı heç bir tərəddüd yoxdur. Biz bunu görüşdə təsdiqlədik. Suriyada terror təşkilatı PKK/YPG-yə yer yoxdur. Suriya xalqının PKK/YPG ilə mübarizədə nə qədər qətiyyətli olduğunu bir daha gördüm. Suriya xalqının İŞİD-ə qarşı mübarizəsinə dəstək verməyə hazırıq."

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar