SON XƏBƏRLƏR

İranlı zabit İraqda mühakimə olunur

2024.12.23, 13:15
İranlı zabit İraqda mühakimə olunur

İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Məhəmməd Rza Nuri terrorizm və qətldə ittiham olunur.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, o, 2022-ci ildə Bağdadda amerikalı Stiven Troelin qətlini təşkil etməkdə günahlandırılır. Hadisənin İranın general Qasım Süleymaninin ölümünə görə "qisas" məqsədilə həyata keçirildiyi ehtimal olunur.

Nuri hazırda İraqın hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. O, terrorizm, odlu silahla qətl və sui-qəsd təşkilinə görə ömürlük həbs cəzası ilə üzləşə bilər.

Məhkəmə prosesi bölgədə böyük maraq doğurub və İran-ABŞ münasibətlərindəki gərginlik fonunda diqqətlə izlənilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar