SON XƏBƏRLƏR

İran təyyarələrinin Suriyadan keçməsi qadağan edilib

2024.12.23, 13:41
İran təyyarələrinin Suriyadan keçməsi qadağan edilib

Valanews xəbər saytı təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Suriyanın yeni hökuməti İranın hər hansı uçuşunun ölkə səmasını keçməsini qadağan edib.

Gunaz.tv

Qərar əvvəlcə yalnız hərbi uçuşlar, o cümlədən silahların və qoşunların təhvil verilməsini nəzərdə tuturdu, lakin indi İranın istənilən uçuşu qadağan edilib.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, bu qərar Suriyada Türkiyə və Qətərin təşviqi və dəstəyi ilə qurulan hökumətin İranın “şər ittifaqı”ndan üz döndərdiyinin ən bariz göstəricisidir.

Təhlükəsizlik mənbələri həmçinin bildiriblər ki, Dəməşqin yeni hökmdarlarının qərarı Hizbullahın hərbi imkanlarını bərpa etməsini çox çətinləşdirəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar