SON XƏBƏRLƏR

Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib

2024.12.23, 15:31
Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib

23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiç ilə görüşüb.

Gunaz.tv

XİN-dən verilən xəbərə görə, geniştərkibli görüş zamanı, nazirlər Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qarşı tərəf, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırılıb. Sülh müqaviləsində açıq qalan bəndlər üzrə razılığın əldə olunması, Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə yönələn iddialara son qoyulmasının sülh prosesinə hədə törədən mövcud çağırışların aradan qaldırılması üçün əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ATƏT çərçivəsində Minsk Qrupunun rəsmi olaraq ləğvinə Ermənistanın maneçilik səylərinin sülh prosesinə zidd olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar