SON XƏBƏRLƏR

İran Beyrut hava limanı vasitəsilə Hizbullaha silah keçirməyi planlaşdırır

2024.12.24, 11:37
İran Beyrut hava limanı vasitəsilə Hizbullaha silah keçirməyi planlaşdırır

Suriyada Əsəd rejiminin süqutundan sonra İran hazırda Hizbullahı havadan silahlarla təchiz etmək üçün Beyrut beynəlxalq hava limanını yeni silah qaçaqmalçılığı mərkəzinə çevirməyi düşünür.

Gunaz.tv

Bu barədə Britaniyanın "Times" qəzeti yazıb.

“Qərb ölkələri İranın bölgədə silah qaçaqmalçılığı üçün əsas tranzit nöqtəsi olan Dəməşqi itirməsindən sonra indi də Beyrut hava limanından istifadə etməyə çalışmasından narahatdır." - deyə qəzetin məruzəsində vurğulanıb.

İran illər boyu Bəşər Əsədin əsas müttəfiqi olan Rusiya ilə birlikdə devrilmiş Suriya diktatoruna hərbi dəstək verib.

Vətəndaş müharibəsi zamanı Bəşər Əsədə müxalifəti yatışdırmaq üçün silah və milislər göndərilməsi müqabilində Dəməşq Tehrana Suriyada sərbəst fəaliyyət göstərməyə, silah qaçaqmalçılığına və Suriyadan birbaşa İsrailə hücum etməyə icazə verib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar