SON XƏBƏRLƏR

Əsədin ədalətlə üzləşməsinin vaxtıdır

2024.12.24, 14:28
Əsədin ədalətlə üzləşməsinin vaxtıdır

Birləşmiş Millətlər Təşkilatının işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəza üzrə xüsusi məruzəçisi Cill Edvard Suriyanın devrilmiş lideri Bəşər Əsədin törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməsinin vaxtının çatdığını və Beynəlxalq Cinayət Məhkəməsinin Əsədin mühakimə olunması üçün ən uyğun yer olduğunu bildirib.

Gunaz.tv

GünazTV Anadolu Agentliyinə istinadən xəbər verir ki, Məruzəçi Əsəd rejiminin işgəncələri geniş şəkildə tətbiq edən ölkələrin siyahısında birinci yerdə olduğunu bildirdi. Eyni zamanda Cill Edvard qeyd etdi ki, rejim uzun illərdir əhaliyə qorxu aşılamaq və ya hər hansı müxalifəti dayandırmaq üçün işgəncələrdən istifadə edib.

Edvard əlavə etdi ki, "Bu proses suriyalılar üçün dönüş nöqtəsidir. Düşünürəm ki, optimist olmalıyıq, amma təbii ki, biz də diqqətli olmalıyıq. Demokratik prinsiplərə və insan haqlarına keçidin həyata keçirildiyinə əmin olmalıyıq. Suriya xalqının bu nöqtəyə gəlməsini dəstəkləyəcəyik”.

Suriyada son bir neçə həftədə ortaya çıxanların BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçi Ofisinin 2011-ci ildən bəri tərtib etdikləri ilə uyğunlaşır. Edvard vurğuladı ki, bütün beynəlxalq cinayətlər, xüsusilə işgəncələr, əsassız həbslər, edamlar və qanunsuz qətllər müstəqil və qərəzsiz araşdırılmalı və mühakimə olunmalıdır.

"İndi keçmiş Əsəd rejimi bunun böyük əksəriyyətinə görə məsuliyyət daşıyacaq. Bütün cinayətlərin üstünü açmaq vacib olacaq". Edvard Suriyanın yeni administrasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsini təsdiq etməyə çağırıb.

Edvard digər ölkələri də Beynəlxalq Cinayət Məhkəməsinə Suriyadakı işgəncələrlə bağlı müraciət etməyə dəvət etdi. "Əsədin ədalətlə üz-üzə gəlməsinin vaxtıdır və onun mühakimə olunacağı ən uyğun yer Beynəlxalq Cinayət Məhkəməsidir. Rusiyanın Əsədi yeni yaşayış yeri ilə təmin etdiyinə dair bəzi təsdiqlər var ki, bu da Əsədin beynəlxalq məhkəmə qarşısına çıxmasında müəyyən çətinliklər yaradır. Rusiyanın beynəlxalq mexanizmlərlə əməkdaşlıq istəyi indiki mərhələdə kifayət qədər zəifdir." 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar