SON XƏBƏRLƏR

İranda daha 9 məhkum edam edildi

2024.12.24, 14:53
İranda daha 9 məhkum edam edildi

İranda edam hökmlərinin artmasının ardınca, son iki gündə daha 9 məhbus dar ağacından asılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Sari, Şiraz, İsfahan, Kirmanşah, Bircənd və Urmiya həbsxanalarında edam edilən 9 məhkumdan yalnız 1-i barədə rəsmi açıqlama verilib.

İnsan haqları təşkilatları məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqlarını bildiriblər.

Qeyd edək ki, beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, noyabrın 21-dən dekabrın 21-ə kimi İran həbsxanalarında 132 məhbus edam hökmü həyata keçirilib.

İran 2024-cü ildə də, əvvəlki illərdə olduğu kimi edam sayına görə dünyada birinci yeri tutub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar