SON XƏBƏRLƏR

Dəməşq İrana Suriyada sabitliyi pozmaq barədə xəbərdarlıq edib

2024.12.25, 11:09
Dəməşq İrana Suriyada sabitliyi pozmaq barədə xəbərdarlıq edib

Suriyanın yeni hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani İrana xəbərdarlıq edib ki, Suriyada xaos yaratmaqdan çəkinsin.

Gunaz.tv

Bu barədə Əsəd Həsən Şibani X sosial şəbəkəsində yazıb:

“İran Suriya xalqının iradəsinə və bu ölkənin milli suverenliyi və təhlükəsizliyinə hörmət etməlidir. Biz onlara xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsinlər və son bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısınlar.” - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu bəyanat Əli Xameneinin Bəşər Əsədi devirənlərin hərəsinin fərqli məqsədi olduğunu bildirməsindən sonraya təsadüf edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar