SON XƏBƏRLƏR

Suriya İrandan 300 milyard dollarllıq təzminat istəyir

2024.12.25, 11:14
Suriya İrandan 300 milyard dollarllıq təzminat istəyir

Suriyanın yeni hökuməti Tehranı təzminat ödəməyə, hərbçilərinin və ona bağlı silahlıların Suriyadakı hərəkətləri nəticəsində bu ölkəyə dəymiş ziyanı ödəməyə məcbur etmək üçün beynəlxalq məhkəmə orqanlarına İrana qarşı şikayət verməyi planlaşdırır.

Gunaz.tv

Bununla əlaqədar, Suriyadakı yeni idarəetməsinə yaxın mənbə bilgi verib. Mənbə İran hökuməti ilə səfirliklərin yenidən açılması ilə bağlı hər hansı əlaqəni inkar etməklə yanaşı, Dəməşq hökumətinin Tehrana qarşı beynəlxalq məhkəmələrə təqdim etmək üçün şikayət hazırladığını da bildirib.

Mənbə İran hökumətinin sözçüsü Fatimə Mohaceraninin iki ölkənin Dəməşq və Tehrandakı səfirliklərinin yenidən açılması üçün diplomatik danışıqlar aparması ilə bağlı açıqlamalarını təkzib edərək deyib: “Suriya və İranın siyasi administrasiyası arasında heç bir əlaqə yoxdur. İranın Dəməşqdə səfirliyinin açılması ilə bağlı diplomatik danışıqlar aparılmır və  yeni hökumətin gələcəkdə nə İranla əlaqə qurmaq, nə Dəməşqdə səfirlik açmaq planı yoxdur. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar