SON XƏBƏRLƏR

İran həbsxanalarında 8 məhkum asıldı

2024.12.25, 12:03
İran həbsxanalarında 8 məhkum asıldı

İranın Qum, İsfahan, Kərəc və Güney Azərbaycanın Nəhavənd və Qoşaçay şəhərlərinin həbsxanalarında 8 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldığı bildirilib.

Qeyd edək ki, beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, noyabrın 21-dən dekabrın 21-ə kimi İran həbsxanalarında 132 məhbus edam hökmü həyata keçirilib.

İran 2024-cü ildə də, əvvəlki illərdə olduğu kimi edam sayına görə dünyada birinci yeri tutub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar