SON XƏBƏRLƏR

Rusiya nümayəndə heyəti yanvar ayında əməkdaşlıq paktının imzalanması ərəfəsində Tehrana gedib

2024.12.25, 12:29
Rusiya nümayəndə heyəti yanvar ayında əməkdaşlıq paktının imzalanması ərəfəsində Tehrana gedib

Təklif olunan sazişin Tehran və Moskva arasında əlaqələri gücləndirəcəyi bildirilir.

Gunaz.tv

Rusiyanın yüksək səviyyəli nümayəndə heyəti bazar ertəsi İran prezidenti Məsud Pezeşkianla müzakirələr aparmaq üçün Tehrana gedib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, aylardır davam edən məsləhətləşmələrin yanvar ayında yekunlaşacağı gözlənilir.

Rusiyanın İnterfaks xəbər agentliyi bildirdiyinə görə, Rusiya baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelevin başçılıq etdiyi nümayəndə heyətinin İranın azad ticarət sazişi çərçivəsində Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiyasını da müzakirə edəcəyi gözlənilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabr ayında elan etmişdi ki, təklif olunan saziş Moskva ilə Tehranın artan strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini də özündə ehtiva edəcək.

Qeyd edək ki, adı çəkilən iki ölkə son zamanlar artan beynəlxalq təzyiqlərlə üzləşib, Rusiya Ukraynada müharibə başlayandan bəri İran və Şimali Koreya kimi dövlətlərlə daha sıx əlaqələr qurmaq istəyir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar