SON XƏBƏRLƏR

İran rejimi Azərbaycan xalqının acısından zövq alır: "Tabnak" xəbər portalı Azərbaycan sərnişinlərinin qəzasına sevinir

2024.12.25, 18:03
İran rejimi Azərbaycan xalqının acısından zövq alır: "Tabnak" xəbər portalı Azərbaycan sərnişinlərinin qəzasına sevinir

İranın faşist rejimi, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan və digər türk xalqlarını aşağılamada və təhqir etmədə sərhəd tanımır. Son olaraq, İranın rəsmi "Tabnak" xəbər portalı, Azərbaycan sərnişinlərini daşıyan təyyarənin qəzasına dair yayımladığı xəbərlə insanlığa yaraşmayan bir davranış sergiləyib. Bu portal, sərnişinlərin həyatını itirdiyi və çoxsaylı insanın yaralandığı bu faciədən "sevinir" kimi bir təsəvvür yaratmaqla, Azərbaycan xalqına qarşı olan kin və nifrətini bir daha ortaya qoyub.

Gunaz.tv

Bakıdan Qroznıya gedən və qəzaya uğrayan təyyarədə onlar sərnişin və 5 heyət üzvü həyatını itirdi. Təyyarə Qazaxıstanda qəza baş verdikdən sonra, "Tabnak" portalı, "Azərbaycan təyyarəsinin düşüş anı və sərnişinlərin 9 müxtəlif küncdən parçalanma anları" başlığı altında dəhşətli şəkillər yayımladı. Bu şəkillər, yalnız faciənin dəhşətini daha da artırmaqla kifayətlənməyib, həm də həyatını itirənlərin ailələrini rüsvay etmə məqsədi güdməkdədir.

Bu hadisə, Azərbaycan xalqına qarşı olan hər hansı bir insani hissin yoxluğunu və müasir dövrdə belə bir rejimin nə qədər zəhərli və qeyri-etik bir siyasət izlədiyini göstərir.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar