SON XƏBƏRLƏR

İsrail mediası: Mossad rəhbəri İrana hücum etmək istəyir

2024.12.26, 11:28
İsrail mediası: Mossad rəhbəri İrana hücum etmək istəyir

Gunaz.tv

Haaretz qəzeti və Kanal13 telekanalı çərşənbə günü bildiriblər ki, İsrailin xarici kəşfiyyat agentliyi Mossad-ın rəhbəri David Barnia ölkə liderlərinə "Husilərin hücumlarını zəiflətmək məqsədilə diqqəti İrana hücuma yönəltmək" üçün təzyiq edib.

Hesabata görə, bu yanaşma Yəməndə Husilərə qarşı hücumları davam etdirməyə üstünlük verən baş nazir Benyamin Netanyahunun, eləcə də ölkənin müdafiə naziri İsrail Katsın fikirləri ilə ziddiyyət təşkil edir.

"Netanyahu və Katz İsrail və ya müttəfiqlərinin Husilərə birbaşa hücumlarının davam etdirilməsini dəstəkləsələr də, Barnia hesab edir ki, Husiləri maliyyələşdirmək və silahlandırmaqdan məsul olan İranın cəzalandırılması daha təsirli olardı." - deyə Haaretz nəşrinin məlumatında bildirilib.

Bu hesabata görə, Benyamin Netanyahu David Barniyanın fikirləri ilə razılaşmayıb və İranın "uyğun zamanda həll olunacaq fərqli bir məsələ" olduğunu bildirib.

Qeyd edək ki, İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi çərşənbə günü ölkə pilotlarının buraxılış mərasimində çıxışı zamanı xəbərdarlıq edib ki, İran və onun proksiləri, eləcə də bütün Yaxın Şərq bilməlidir ki, İsrailin sabitliyini və təhlükəsizliyini pozmaq istəyən hər kəsə qarşı İsrail ordusu hər an və hər yerdə hücuma hazırdır.

Xatırladaq ki, Husilər son 10 gün ərzində İsrailə doğru 5 ballistik raket və ən azı 5 pilotsuz təyyarə atıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar