SON XƏBƏRLƏR

Ərəbistan Türkiyədən 100 ədəd Kaan döyüş təyyarəsi almağa çalışır

2024.12.26, 12:55
Ərəbistan Türkiyədən 100 ədəd Kaan döyüş təyyarəsi almağa çalışır

Türkiyənin “Milliyət” qəzeti Səudiyyə Ərəbistanının Türkiyə istehsalı olan 100 qabaqcıl KAAN döyüş təyyarəsi almağı planlaşdırdığını yazıb.

Gunaz.tv

“Milliyət” qəzetinin xəbərinə görə, daha əvvəl Türkiyədən “Akıncı TİHA” pilotsuz təyyarəsi alan Səudiyyə Ərəbistanı indi Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN-a böyük maraq göstərir.

Bu xəbərə görə, iki ölkə arasında müdafiə sənayesində hərtərəfli əməkdaşlığın qurulması məqsədi ilə danışıqlara hazırlıq görülür.

Ankarada Türkiyənin müdafiə sənayesi rəhbəri Haluk Görgün Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini Xalid bin Hüseyn əl-Biyari və Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin rəisi Turki bin Bəndər əl-Səudun da daxil olduğu nümayəndə heyətini İstanbulda qəbul edib.

Bildirilir ki, bu görüşlər KAAN kimi böyük və strateji layihələrlə bağlı əməkdaşlıq qurmaq məqsədi daşıyır. Səudiyyə Ərəbistanının Türkiyə ilə müdafiə sənayesi sahəsində əlaqələri dərinləşdirmək və 2030-cu illər üçün planları çərçivəsində 100 KAAN təyyarəsinə sahib olmaq kimi böyük hədəfləri var.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar