SON XƏBƏRLƏR

Yeni Suriya dönəmində ilk gərginlik

2024.12.26, 12:59
Yeni Suriya dönəmində ilk gərginlik

Yeni Suriya hakimiyyətinin müdafiə qüvvələrinə qarşı pusqu quruldu.

Gunaz.tv

GünazTV "HaberTürk"-ə istinadla xəbər verir ki, Suriyada 53 illik Əsəd rejimini devirən və ölkənin hər yerində böyük ölçüdə nəzarəti ələ keçirən “Heyət Təhrir Əl-Şam” Tartus şəhərində Əsədə bağlı qüvvələrlə qarşıdurma baş verdiyi bildirib. Yeni hakimiyyətin qüvvələri siyasi məhbusların saxlandığı Sednaya həbsxanasının məmurlarından birini həbs etmək üçün Tartus şəhərində əməliyyat keçirib. Bu zaman Əsəd rejiminin dəstəkçiləri ilə toqquşmanın baş verdiyi və 14 HTŞ üzvünün həyatını itirdiyini açıqlanıb. Daha 10 üzv isə yaralanıb.

Əsədə sadiq silahlı ünsürlərdən 3 nəfərin öldürüldüyü bildirilib. Bölgəyə əlavə qüvvələr göndərilib.

Suriyanın yeni daxili işlər naziri Məhəmməd Əbdürrəhman yayımladığı bəyanatda ölənləri təsdiqləyib. Nazir “Suriyanın təhlükəsizliyini pozmağa və ya vətəndaşlarının həyatını təhlükəyə atmağa” cəsarət edən hər kəsi cəzalandıracağına söz verib.

Münaqişə, HTŞ-in dekabrın 8-də nəzarəti ələ keçirməsindən bəri ən genişmiqyaslı iğtişaş kimi qeyd olundu. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar