SON XƏBƏRLƏR

Türkiyə Suriya üçün sosial, mədəni, iqtisadi və hərbi baxımdan strateji müttəfiqdir

2024.12.26, 13:14
Türkiyə Suriya üçün sosial, mədəni, iqtisadi və hərbi baxımdan strateji müttəfiqdir

GünazTV Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Suriyaya yeni rəhbərlik tərəfindən təyin edilən Dəməşq valisi Mahir Mərvan bildirib.

Gunaz.tv

Dəməşq valisi Mahir Mərvan açıqlaması zamanı bildirib ki, "İlk növbədə etimadı bərpa etmək lazımdır. Çünki ictimaiyyətlə dövlət qurumları arasında böyük uçurum var. Obyektiv və subyektiv problemlər var. İctimai qurumlarla ictimaiyyət arasında etimadı gücləndirməliyik."

Bu etimadı yenidən bərpa etmək üçün çalışacaqlarını bildirən Mervan əlavə etdi ki, "Nəzarət və səlahiyyətləri artırmaq lazımdır. Vilayətimizdə həyat səviyyəsini yüksəltməliyik."

 

Şam Valisi Mervan: "Türkiye bizim için sosyal, kültürel, ekonomik ve askeri açıdan stratejik bir müttefiktir"

 

Dəməşq valisi ölkədə gənclərə böyük önəm verdiklərinin vurğulayaraq, “Gələcəyin memarı olan gənclər Suriyanı daha yüksək səviyyəyə daşıyacaqlar” dedi.

Daha sonra Türkiyə Xarici İşlər naziri Hakan Fidanın Dəməşqə səfərini dəyərləndirən Mervan bu səfərin iki qardaş xalqın gələcəyə baxışını gücləndirdiyini deyib.

"Suriya və türk xalqları inqilabdan bəri qardaşdır, bir ürəkdir. Türk xalqı Suriya xalqına böyük dəstək verib, bunu heç vaxt unutmayacağıq. Türkiyə bizim üçün sosial, mədəni, iqtisadi və hərbi baxımdan strateji müttəfiqdir" - Dəməşq valisi Mahir Mərvan bildirdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar