SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti başsağlığı verdi: kömək etməyə hazırıq

2024.12.26, 13:32
ABŞ Dövlət Departamenti başsağlığı verdi: kömək etməyə hazırıq

ABŞ Dövlət Departamenti Aktau yaxınlığında AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller faciəvi hadisə ilə bağlı ABŞ-ın Azərbaycan və Qazaxıstan hökumətlərinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.

O, sosial şəbəkə platforması "X"də paylaşdığı mesajında, bu çətin dövrdə hər iki ölkənin müvafiq orqanları ilə əməkdaşlıq etməyə və lazım gəldikdə yardım göstərməyə hazır olduqlarını vurğulayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq", - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar