SON XƏBƏRLƏR

İran Suriyada təxribata hazırlaşır

2024.12.26, 14:29
İran Suriyada təxribata hazırlaşır

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İran hakimiyyəti bu ölkədə təxribata səsləyən bəyanatlar yayır.

Gunaz.tv

Bu qəbildən olan bəyanatlardan birini də, SEPAH-ın keçmiş baş komandanı və Sistemin Məsləhətini Müəyyənləşdirən Şuranın üzvü Möhsün Rzayi səsləndirib.

“Suriya müqaviməti bir ildən az müddətdə canlanacaq”,- Rzayi özünün X hesabında yazıb.

Bundan əvvəl isə İran rəhbəri Əli Xamənei Suriya gənclərini üsyana çağıran çıxış edib.

İran rəsmilərinin təhrik edici bəyanatlarından sonra Suriyanın xarici işlər naziri Əsəd Əl-Şebani İran hökumətindən Suriya xalqının suverenliyinə və iradəsinə hörmət etməyi istəyib və Tehranı bu ölkədə xaos yaratmaqdan çəkinməyə çağırıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar