SON XƏBƏRLƏR

Prezidentə başsağlığı məktubları gəlməkdə davam edir

2024.12.26, 16:30
Prezidentə başsağlığı məktubları gəlməkdə davam edir

GünazTV xəbər verir ki, "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubları gəlməyə davam edir.

Gunaz.tv

Fələstin Prezidenti Mahmud Abbas,

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu,

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan,

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin,

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min,

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç,

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah,

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev,

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif,

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verən liderlər arasındadır. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar