SON XƏBƏRLƏR

2024-cü ildə İranda ən azı 883 nəfər edam edilib

2024.12.27, 11:40
2024-cü ildə İranda ən azı 883 nəfər edam edilib

İranın İnsan Haqları Fəalları Qrupunun xəbər agentliyi (hrana) dekabrın 26-da İranda insan haqlarının vəziyyəti və cari il üçün illik hesabatını dərc edib.

Gunaz.tv

Bu hesabatda Hrana 1 yanvar 2024-cü ildən 20 dekabr 2024-cü ilə qədər İranda baş verən insan haqları hadisələrini müxtəlif ölçüləri araşdırıb və təhlil edib.

Hesabata görə, edam edilənlərin 51,87%-i narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb.

Edam hökmlərinin icra edilməsinin sayına görə Kərəcin Qızıl Hisar və Şirazın Adel Abad həbsxanalarıön sıradadırlar.

Hrana öz hesabatında hökumət qüvvələrinin cari ildə 2749 vətəndaşı mülki, ideoloji və ya siyasi fəaliyyətə görə həbs etdiyini də qeyd edib.

Beynəlxalq ƏfvTəşkilatının məlumatına görə isə 2023-cü ildə dünya üzrə baş tutan edamların 74%-nə görə İran cavabdehdir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar