SON XƏBƏRLƏR

KİV: Kadırovun təklifindən Bakı imtina etdi

2024.12.27, 12:05
KİV: Kadırovun təklifindən Bakı imtina etdi

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar.

Gunaz.tv

GünazTV xəbər verir ki, kütləvi informasiya vasitələrində məlumat yayılıb ki, Azərbaycan heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul edəcəklər. Biz vətəndaşlarımıza gərəkli yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.

Qeyd edək ki, təyyarənin Qroznı səmasında Rusiya HHM sistemi vasitəsilə vurulduğu üzə çıxıb. Rusiya səlahiyyətliləri zədələnmiş təyyarənin enişinə icazə verməyərək, onu Aktauya istiqamətləndirib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar