SON XƏBƏRLƏR

Kadırov AZAL-ın təyyarəsini vurduğuna görə qardaşı oğlunu təltif etdi

2024.12.27, 12:17
Kadırov AZAL-ın təyyarəsini vurduğuna görə qardaşı oğlunu təltif etdi

Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.

Gunaz.tv

GünazTV "Publika.az"-a istinadla xəbər verir ki, Xamzat Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.

Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir.

AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Artıq bununla bağlı faktlar hökumətdəki mənbələr tərəfindən də təsdiq edilib və Azərbaycan Rusiyanın üzr istəməsini, cinayətkarların cəzalandırılmasını gözləyir.

Görünür, Kadırov qardaşı oğlunu AZAL-ın təyyarəsinin vurulmasına görə də təltif edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar