SON XƏBƏRLƏR

Dəməşq valisi: Biz İsraillə sülh və birgəyaşayış istəyirik

2024.12.27, 12:34
Dəməşq valisi: Biz İsraillə sülh və birgəyaşayış istəyirik

Dəməşqin qubernatoru Maher Mərvan cümə axşamı Amerikanın milli radiosu "NPR" ilə söhbətində Suriya lideri Əhməd əl-Şaraa adından bildirib ki, bu ölkənin yeni hökuməti İsrail ilə yaxşı əlaqələr qurmaq istəyir.

Gunaz.tv

O, bu müsahibəsində Bəşər Əsədin devrilməsindən sonra İsrailin ilkin qorxusunun “anlaşıla bilən və təbii” olduğuna işarə edərək əlavə edib: “Ola bilsin ki, İsrail o zaman özünü təhlükədə hiss edib və buna görə də irəliləmə və məhdud bombardmanlar kimi hərəkətlərə əl atıb.

Dəməşq valisi də Suriyanın yeni hökumətinin sülh arzusunu vurğulayaraq deyib: "Biz sülh axtarırıq və İsrailə və ya başqa bir ölkəyə qarşı düşmən mövqe tutmaq fikrində deyilik."

Dəməşq qubernatoru həmçinin Amerikanı Suriya ilə İsrail arasında münasibətlərin normallaşdırılmasında daha fəal rol oynamağa çağırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar