SON XƏBƏRLƏR

Məhbus fəalın müalicəsinə icazə verilmir

2024.12.28, 11:13
Məhbus fəalın müalicəsinə icazə verilmir

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal və sənətçi Mürtəza Pərvinin müalicəsinə icazə verilmir.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları həbsxanadakı mənbələrə insinadən məlumat yayıb.

Bildirilib ki, müxtəlif xəstəliklərdən, o cümlədən, bel diskindən əziyyət əkən milli fəalın həbsxanadan kənarda müayinə və müalicəsinə ehtiyac olsa da, həbsxana rəhbərliyi buna əhəmiyyət vermir.

"Həbsxana rəhbərliyi həkimlərin arayışından sonra Mürtza Pərvinin müainə və müalicəsinə şərayit yaradacağı barədə söz versə də, bu, bu günə kimi yerinə yetirilməyib və həbsxananın tibbi məntəqəsində ona yalnız ağrıkəsici dərmanlar verməklə kifayətləniblər",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da Ərdəbildə həbs edilən Mürtəza Pərvin Tehranın Evin həbsxanasına aparılıb.

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi fəalı "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq" ittihamına görə 6 il azadlıqdan məhrum edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar