SON XƏBƏRLƏR

Türkiyənin Baykar şirkəti İtaliyanın "Piaggio Aerospace" şirkətini satın alır

2024.12.28, 12:37
Türkiyənin Baykar şirkəti İtaliyanın "Piaggio Aerospace" şirkətini satın alır

İtaliya Ticarət və Tikinti Nazirliyi "Piaggio Aerospace" şirkətinin Baykar şirkətinə satışına razılıq verib.

Gunaz.tv

1884-cü ildə qurulan "Piaggio Aerospace" şirkəti P.180 Avanti kommersiya reaktivləri və təyyarə mühərrikləri ilə tanınır.

Bu şirkət kommersiya təyyarələri sahəsində fəaliyyət göstərməklə yanaşı, İtaliyanın müdafiə sənayesində də rol oynayır və hərbi təyyarələrə təmir, texniki xidmət və bərpa xidmətləri göstərdiyi üçün müdafiə və hərbi sənayedə xüsusi nüfuz və əhəmiyyətə malikdir.

Daha əvvəl 2023-cü ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer alan Baykar, bu günlərdə dünya pilotsuz uçuş aparatları bazarının əsas şirkətlərindən birinə çevrilib. Məhsullarını 35-dən çox ölkəyə ixrac etməklə, Baykar gəlirinin 90%-dən çoxunu ixrac hesabına əldə edə bilib. Baykarın öndə gələn məhsulları arasında Baykart TB2 və Baykart Akınji dronlarını qeyd etmək olar.

Baykar bu satınalma ilə Avropadakı fəaliyyət dairəsini genişləndirmək və İtaliya şirkətinin istehsal güclərindən, xüsusilə də hərbi və kommersiya təyyarələri sahələrində istifadə etmək niyyətindədir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar