SON XƏBƏRLƏR

“Taliban” və Pakistan əsgərləri arasında toqquşmalarda ən azı 24 nəfər həlak olub

2024.12.28, 15:15
“Taliban” və Pakistan əsgərləri arasında toqquşmalarda ən azı 24 nəfər həlak olub

Əfqanıstan-Pakistan sərhədində “Taliban” hərəkatının tərəfdarları və Pakistan hərbçiləri arasında baş verən toqquşmalarda ən azı 24 nəfər həlak olub, üç nəfər isə yaralanıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

Əfqanıstan və Pakistan sərhədçiləri arasında atışma bu gün səhər saatlarında Paktika (Əfqanıstan) və Xayber-Paxtunxva (Pakistan) əyalətlərinin kəsişməsində yerləşən Dand-e-Patan rayonunda baş verib.

Toqquşma zamanı 19 Pakistan hərbçisinin və 5 əfqanın öldüyü, üç əfqanın isə yaralandığı bildirilir.

Dekabrın 24-də “Taliban” hökumətinin Müdafiə Nazirliyi Pakistan Silahlı Qüvvələrinin Paktika əyalətinə zərbələr endirdiyini açıqlayıb. Nazirlik Pakistan tərəfinin hərəkətlərini pisləyərək, bunun beynəlxalq normalara zidd olduğunu və hər hansı problemin həlli olmadığını vurğulayıb.

Müdafiə Nazirliyi bu insidentin cavabsız qalmayacağına əmin edib. Paktikada bombardman nəticəsində ən azı 50 nəfər həlak olub, daha 40 nəfər yaralanıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar