SON XƏBƏRLƏR

Amerika Xarici Əlaqələr Şurasının üzvü: İran Zəngəzur dəhlizinin yaradılmasının qarşısını ala bilməz

2024.12.28, 18:16
Amerika Xarici Əlaqələr Şurasının üzvü: İran Zəngəzur dəhlizinin yaradılmasının qarşısını ala bilməz

Amerika Xarici Əlaqələr Şurasının üzvü, professor Şirin Hunter: İran Zəngəzur dəhlizinin yaradılmasının qarşısını ala bilməz

Gunaz.tv

Amerika Xarici Əlaqələr Şurasının üzvü Tabnakla söhbətində deyib: İran Türkiyənin xüsusi qüdrətlərinə görə deyil, Qərbin Türkiyəyə dəstəyinə görə bir müddətdir ki, Qafqazda rəqabəti Türkiyəyə uduzub. Azərbaycan Respublikasında Türkiyə dil üstünlüyünə malikdir.

 

 

 

O dedi: İsrail faktoru da önəmli olub. Rusiya da İrana qarşı addım atıb. İqtisadi zəifliyi və siyasi təcridinə görə İran Qafqazda Türkiyə ilə rəqabət aparmaq üçün lazımi vasitələrə malik deyil.

 

 

 

Şirin Hunter deyib: Rusiya və Türkiyə Zəngəzur dəhlizinin inkişafı ilə bağlı razılığa gəlsələr, Ermənistan bunun qarşısını ala bilməyəcək. Bundan əlavə, Ermənistanın onun inkişafına razılıq verməsi üçün stimullar ola bilər.

 

 

 

O əlavə edib: İran onun inkişafının qarşısını almaq iqtidarında deyil. Hərbi tədbirlərə əl atsa, bu, Türkiyənin, ola bilsin ki, İsrailin, hətta Qərb dövlətlərinin müdaxiləsi üçün bəhanə olacaq. Keçmiş səhv hesablamalar və yanlış siyasət İranın Qafqazda və əslində başqa yerlərdə seçimlərini ciddi şəkildə məhdudlaşdırıb.

 

E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar