SON XƏBƏRLƏR

Haniyənin öldürülməsi ilə bağlı İsrailin hesabatı

2024.12.29, 10:28
Haniyənin öldürülməsi ilə bağlı İsrailin hesabatı

HƏMAS lideri uzaqdan idarə olunan bomba ilə öldürülüb

Gunaz.tv

Bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Qeyd edilib ki, Mossad İsmayıl Haniyənin Tehrana bütün səfərlərində konkret bir yerə getdiyini və yalnız bir otaqda qaldığını aşkarlayıblar.

Buna görə də, hesabata görə, bomba HƏMAS liderininin başqalarına zərər dəymədən aradan qaldırılması üçün Məsud Pezeşkianın andiçmə mərasimindən əvvəl Haniyənin otağına qoyulub.

Qeyd edək ki, avqustun 2-də Britaniyanın “The Telegraph” qəzeti, İsrailin kəşfiyyat agentliyi Mossadım İslam İnqilabı Keşikçiləri Korpusundan muzdlu qüvvələr cəlb edərək, İsmayıl Haniyənin Tehrandakı iqamətgahını bombalayaraq onu öldürdüyünü yazmışdı.

Xatırladaq ki, İranın keçmiş informasiya naziri Əli Yunisi 2020-ci ildə verdiyi müsahibədə bu sözləri deyib: “İslam Respublikasının bütün rəsmiləri öz həyatlarından narahat olmalıdırlar və əgər İsrail hələ də İslam Respublikasının siyasi rəsmilərini hədəfə almayıbsa, deməli hələ buna qərar verməmişdir."

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar